Şəxsi mülk, ofis, ticarət mərkəzləri, VİP şəxslər, dövlət və özəl təşkilatlarının mühafizəsi zamanı şirkətimizin əsas təyinatları insan və nəqliyyat axınının kontrolu, istiqamətləndirilməsi,əmtəənin qorunub saxlanılması, vandalizmin və ya fövqalədə hadisənin qarşısının alınması, təhdidilərin və risklərin analiz edilməsi, avadanlıqların və ya başqa bir texnikanın işlək vəziyyətdə olub-olmamasının, əşyaların yerində olub-olmamasının müəyyənləşdirilməsi, proseslərin yoxlanılması, axşam və səhər vaxtı ərazinin mühafizəsi, şəxslərin qeydiyyatı və s. kimi təşkil olunmuşdur. Mühafizə olunanan obyektlərə aşağıdakılar daxildir:
- Şəxsi torpaq və mülklərin fiziki mühafizə xidmətləri
- Radio və televiziya təşkilatları
- Ticarət mərkəzləri, stadionlar və idman kompleksləri
- Şəxsi dəvət və görüşlərdə mühafizə xidmətləri;
- Turistik mehmanxana və yerləşdirmə təhlükəsizliyi
- Banklar, şirkətlər;
- Universitet, lisey və digər təlim-tədris binaları
Şəxsi mühafizə xidməti sahə üzrə təcrübəli, fiziki bacarıqları olan və müvafiq hazırlıq kursları (psixolojı hazırlıq, ilk tibbi yardım, yanğınla mübarizə/yanğın təhlükəsizliyi, fiziki hazırlıq, SƏTƏM qaydaları və s.) keçmiş peşakar mütəxəssislər tərəfindən təşkil edilir. Şəxsi mühafizə xidmətinin heyəti adətən əvvəllər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərən keçmiş əməkdaşlardan ibarət olur.
• Siqnalizasiya sistemi Siqnalizasiyası və həyəcan sistemləri (mühafizə siqnalizasıyası) hər cür quruluş, bina, obyekt və müəssisələrdə soyğunçuluq, oğurluq, daşqın, yanğın, qaz sızması hallarının daha başlanğıc mərhələsində müəyyən etmək, binada yaşayanları bu vəziyyətdən xəbərdar etmək, rabitə modulları (PSTN, GSM, IP) vasitəsilə mərkəzdəki qəbuledicilərə siqnal göndərməklə fəaliyyət göstərən sistemlərdir. Siqnal gəldiyi zaman sistemlərdən gələn xəbərdarlığın növünə görə müvafiq hüquq-mühafizə qüvvələrini (polis, yanğınsöndürmə, təcili yardım) işə salan struktura malik olan həyəcan monitorinq mərkəzləri 7/24 fəaliyyət göstərir.
• Buraxılış nəzarət sistemləri Buraxılış nəzarət sistemləri bina və obyektlərdə daxili təhlükəsizliyin, həmçinin giriş-çıxış təhlükəsizliyinin təmin edilməsində tətbiq olunur. Kart giriş sistemi kimi istifadə edilən cihazların prosesləri texnologiyanın günü-gündən irəliləməsi və inkişafı ilə barkod kart oxuyucuları və RFID (Radio Frequency Identification) kart oxuyucuları ilə dəstəklənir. Nəzarət buraxılış sistemləri sayəsində yalnız xüsusi icazəsi olan şəxslər müvafiq ərazi və məkana daxil ola bilər. Təklif etdiyimiz sistemlərə binalar üçün hazırlanmış sadə elektron açarlardan başlayaraq xüsusi mühafizəyə ehtiyacı olan məlumat mərkəzinin server bazasına tətbiq edilən çətin mexanizmli blok açarlar daxildir. Aşağıdakı texnologiyalar daxildir:
- Biometrik texnologiyalar – İnsanların barmaq izi vasitəsilə tanınması və müvafiq əraziyə yaxud tikiliyə daxil olmasına icazənin təmin edilməsi
- Video yoxlama – Vizual tanıma və video təhlil vasitəsi ilə yalnız özəl icazəsi olan əməkdaşlar xüsusi qoruma altında olan sahələrə daxil ola bilərlər
- Mobil buraxılış – Bu imkandan istifadə edərək şəxslər smartfon, planşet kimi mobil cihazlar vasitəsilə müvafiq sahəyə daxil ola bilərlər.
• Video Müşahidə Sistemi (VMS) sahəsində miqyası genişlənə və kiçilə bilən, həmçinin keyfiyyətli təsvirlərin əldə edilməsi üçün aşağı-zolaqlı keçid imkanları ilə yüksək dəqiqlikli CCTV kameraları ilə təchiz edilmiş intellektual müşahidə həlləri təqdim edirik:
- Yüksək dəqiqlikli kameralar;
- Üz tanıyan kameralar
- Gizli və aşkar kameralar
- Termal və infraqırmızı kameralar
- Pozuntuları aşkar edən və hərəkətlərə həssas kameralar
“Legion Security” MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilən risklərin idarə edilməsi üzrə konsultasiya xidməti göstərilməsinin əsas məqsədi maddi risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, təhdidlərin təsirinin azaldılması strategiyasını inkişaf etdirilməsinə yardımçı olmaqdır.
Tikinti sahələrinin və tikinti mərhələsində olan obyektlərin mühafizəsi ərazinin diqqətlə yoxlanmasını, davranışların monitorinqini, obyektin ərazisinə icazəsiz daxil olmanın qarşısının alınmasından ibarət tədbirlər kompleksidir. Tikinti sahələrinin mühafizəsi 24 saat müddətində aparılır.