Haqqımızda


“Legion Security” MMC 2016-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyatından keçmiş, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2007-ci il tarixli qanununa uyğun olaraq fəaliyyət göstərən özəl mühafizə xidmətidir. Şirkətimiz dövlət və qeyri-dövlət sektorunda sahə üzrə çoxillik təcrübəsi olan peşəkar mütəxəssislərin rəhbərliyi altında, yerli təşkilat və şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Şirkətin mühafizə heyəti hərbi xidmət keçmiş, fəal fiziki hazırlıqla məşğul olan, texniki və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış, mütəmadi xüsusi hazırlıq kurslarında iştirak edən şəxslərdir. “Legion Security” fiziki və informasiya təhlükəsizliyi, infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizə, videomüşahidə və texniki dəstək kimi bir sıra xidmətlər təklif edir.