Təhlükəsizlik üzrə mütəxəssis vakansiyası

Vəzifə öhdəlikləri

  • Müəssisənin təhlükəsizlik sistemlərinin (CCTV, giriş-çıxış nəzarət sistemləri və s.) işlək vəziyyətinə nəzarət etmək
  • Video müşahidə sistemlərinin quraşdırılması və monitorinqini təşkil etmək
  • Elektron təhlükəsizlik avadanlıqlarının texniki baxışını həyata keçirmək
  • Təhlükəsizlik risklərini müəyyən etmək və aradan qaldırılması üçün təkliflər vermək
  • Təhlükəsizlik qaydalarının tətbiqinə və icrasına nəzarət etmək
  • Fövqəladə hallar zamanı operativ tədbirlərin görülməsində iştirak etmək
  • Təhlükəsizlik insidentləri üzrə araşdırma aparmaq və hesabat hazırlamaq

Namizədə tələblər

  • Azərbaycan Respublikası vətəndaşı
  • Həqiqi hərbi xidmət keçmiş
  • Cinayət məsuliyyətinə cəlb olunmamış
  • 22–28 yaş arası
  • Minimum 178 sm boy
  • Yüksək idman göstəriciləri
  • İngilis dili minimum B1 səviyyəsində (digər xarici dil bilikləri üstünlükdür),
  • Ali və ya orta ixtisas təhsili (texniki ixtisas üstünlükdür)
  • CCTV, giriş-çıxış nəzarət sistemləri və digər təhlükəsizlik texnologiyaları üzrə biliklər
  • Elektrik və zəif cərəyan sistemləri barədə ilkin anlayış
  • Kompüter bilikləri (MS Office və təhlükəsizlik proqramları)
  • Analitik düşünmə və problemləri operativ həll etmə bacarığı
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq

Üstünlüklər

  • Təhlükəsizlik sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə
  • Texniki təhlükəsizlik avadanlıqları ilə işləmək bacarığı
  • Müvafiq sertifikatların olması
  • Təhlükəsizlik və ya texniki sahədə iş təcrübəsi

Təklif olunur

  • Stabil iş mühiti
  • Peşəkar inkişaf imkanları
  • Rəqabətqabiliyyətli əmək haqqı
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təhlükəsizlik üzrə mütəxəssis” qeyd etməklə aşağıdakı e-poçt ünvanına göndərə bilərlər

info@legion-security.az