Mühafizəçi vakansiyası

Şirkət tərəfindən yüksək səviyyəli obyekt və xüsusi qonaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizəçi vəzifəsinə vakansiya elan edilir.

Ümumi müddəalar

  • Vəzifə üzrə işçi şirkətin daxili intizam qaydalarına və təhlükəsizlik prosedurlarına uyğun fəaliyyət göstərməlidir.
  • İşçi rəhbərliyin qanuni göstərişlərini icra etməli və konfidensiallıq prinsiplərinə əməl etməlidir.
  • Əmək münasibətləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir.

Vəzifə öhdəlikləri

  • Obyektin və ətraf ərazilərin təhlükəsizliyinin təmin edilməsi
  • VIP şəxslərin və xarici qonaqların təhlükəsizliyinin qorunması
  • Qonaqların etik və protokol qaydalarına uyğun qarşılanması və yola salınması
  • Təhlükəsizlik risklərinin vaxtında müəyyən edilməsi və qarşısının alınması
  • Texniki təhlükəsizlik avadanlıqları (“X-ray” və “Metal-detector” və s.) ilə işləmə bacarığı
  • Daxili təhlükəsizlik qaydalarına riayət edilməsi

Namizədə dair tələblər

  • Azərbaycan Respublikası vətəndaşı
  • Həqiqi hərbi xidmət keçmiş
  • Cinayət məsuliyyətinə cəlb olunmamış
  • 22–28 yaş arası
  • Minimum 178 sm boy
  • Güləş, boks, qaydasız döyüş, tək mübarizlik və s. idman növləri ilə məşğul olan
  • İngilis dili minimum B1 səviyyəsində (digər xarici dil bilikləri üstünlükdür),
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı
  • Tam orta və ya ali təhsil
  • Mühafizə sahəsində iş təcrübəsi (üstünlükdür)

Təklif olunan şərtlər

  • 1500 AZN və yuxarı əmək haqqı
  • Rəsmi əmək müqaviləsi
  • Özü və ailə üzvləri üçün tibbi sığorta təminatı
  • Stabil və peşəkar iş mühiti
  • Karyera inkişaf perspektivləri

Seçim və müraciət qaydası

  • İlkin mərhələdə xarici dil bilikləri və fiziki göstəricilər qiymətləndiriləcəkdir
  • Tələblərə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaqdır
  • CV-lər mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə info@legion-security.az ünvanına göndərilməlidir